
Türkiyə Silahlı Qüvvələrinin şəhid çavuşu Mehmet Ali Horozun şəhadətindən əvvəl dilə gətirdiyi vəsiyyəti yerinə yetirilib.
Yeniavaz.com xəbər verir ki, iyunun 20-də “Pençe-Kilit” əməliyyatı bölgəsində terrorçular ilə silahlı qarşıdurma zamanı şəhid olan Mehmet Ali Horozun daha sonra sosial şəbəkələrdə kadrları yayılıb.
Sözügedən kadrlarda o, şəhid olacağı təqdirdə Afrika ölkələrindən birində su quyusu açılmasını vəsiyyət edir. Kadrların Mehmet Ali Horozun şəhadətindən 3 gün əvvəl çəkildiyi bildirilir. Türkiyə mətbuatı artıq bu vəsiyyətin yerinə yetirildiyini yazıb. Belə ki, “Hədəf” Axtarış-xilasetmə və Beynəlxalq Humanitar Yardım Dərnəyi Kamerundakı dərnək qruplarına bununla bağlı göstəriş verib və burada su quyusu açılıb.

