
Ermənistanın Kotayk rayonunda partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb.
Bildirilib ki, saat 07:30 radələrində Ağveranda yerləşən “Ararat resort” mehmanxana kompleksinin keçid məntəqəsində partlayış baş verib.
“Partlayış nəticəsində 1 nəfər İrəvan Milli Yanıq Mərkəzinə yerləşdirilib. Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub. Partlayış nəticəsində şüşələr sınıb, xəstəxanaya aparılan şəxs otel kompleksinin mühafizə xidmətinin əməkdaşıdır”, - nəşr yazır.