Venesuelada 6,1 bal gücündə zəlzələ baş verdi


Venesuelanın Sukre ştatında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri təxminən 167 min nəfər əhalisi olan Karupano şəhərindən 66 km şimal-şərqdə olub, mənbəyi 98 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top