
Rusiya Prezidenti Vladimir Putin Azərbaycandakı səfir Mixail Evdokimovu “Aleksandr Nevski” ordeni ilə təltif edib.
Yeniavaz.com xəbər verir ki, dövlət başçısının müvafiq fərmanı rəsmi hüquqi informasiya portalında dərc olunub.
Sənəddə qeyd olunur ki, Evdokimov “Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük xidmətlərinə və uzun illər vicdanlı diplomatik xidmətinə görə” təltif edilib.
Qeyd edək ki, Evdokimov Putinin 14 iyun 2023-cü il tarixli sərəncamı ilə Azərbaycana səfir təyin edilib. Bundan əvvəl o, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci şöbəsinə rəhbərlik edib. II dərəcəli “Vətənə xidmətə görə” medalı, “Dostluq” və “Şərəf” ordenləri ilə təltif edilib. 1981-ci ildən diplomatik xidmətdədir. O, 2018-ci ilin iyununda təltif edilmiş fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.
Tətbiqimizi yükləyə bilərsiniz