“Tramp debatlarda Baydenin vəziyyətindən istifadə edə bilər” – “NY Post”


“ABŞ Prezidenti Co Baydenin tez özündən çıxması və idrak qabiliyyətinin azalması Ağ Evin keçmiş prezidenti Donald Tramp tərəfindən debatlarda istifadə oluna bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Post” qəzeti Baydenin keçmiş siyasi rəqiblərinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Bayden tez özündən çıxması və azalan idrak qabiliyyətləri də daxil olmaqla, zəif cəhətlərinin uzun siyahısına malikdir. Belə ki, Baydenin 80-ci illərdə ABŞ Konqresinin senatoru postuna rəqiblərindən birinin strategiyası məhz Baydenin tez özündən çıxan xasiyyətindən istifadə etmək və onu əsəbiləşdirmək üzərində qurduğunu bildirib.
Nəşr həmçinin qeyd edir ki, 2019-cu il Demokratik praymerizlər zamanı Bayden oğlu Hunterin Ukrayna ilə əlaqələri sualından hiddətlənib. Prezident daha sonra seçicini "ağılsız" və "kök adam" adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top