“HƏMAS bütün sülh təşəbbüslərinə açıqdır” – Haniyə


“HƏMAS Qəzza zolağında müharibəni dayandıracaq və Fələstin xalqının tələblərinə cavab verəcək bütün təşəbbüslərə açıqdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beyrutda keçirilən forumda hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib.
O, HƏMAS-ın tələblərini xatırladıb – hücumların tam dayandırılması, İsrail ordusunun çıxarılması, Qəzzanın bərpası, əsirlərin mübadiləsi və Fələstin anklavının sakinlərinə yardım:
“Bunlar xalqımızın, müqavimət qüvvələrinin və ümmətin azadlıqsevər xalqının tələbləridir. HƏMAS bu tələblər əsasında danışıqlar aparır. Biz atəşkəs danışıqlarında müqavimət qüvvələrinin tələblərini təmin edəcək bütün təşəbbüslərə açığıq”, - Haniyə bildirib.
O qeyd edib ki, HƏMAS bundan əvvəl Qətər və Misir tərəflərinin mayın 6-da təqdim etdiyi atəşkəs təklifini dəstəkləyib, lakin İsrail razılaşmanın mahiyyətinə təsir edəcək dəyişikliklər etmək istəyib. Onun fikrincə, İsrailin danışıqlar strategiyası HƏMAS-ın mövqeyinin qəbul edilməsinə nail olmaq üçün həm beynəlxalq, həm də regional səviyyədə təzyiq göstərmək istəyinə əsaslanır.

DİGƏR XƏBƏRLƏR

Top