
Amerika administrasiyası Rusiya viza mərkəzinin ABŞ-dakı hər iki filialını bağlayır.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.
Məlumata görə, ABŞ səfirliyə Vaşinqtonda və Nyu-Yorkda viza mərkəzlərinin bağlanması barədə xəbərdarlıq göndərib. Həmçinin, rus diplomatları ölkədə vergi ödəməmək imkanından məhrum edilib.
Səfirin sözlərinə görə, Amerika tərəfi öz hərəkətlərini heç bir şəkildə izah etməyib.
Bununla belə, Antonov konsulluq xidmətlərinin davam etdiriləcəyini vurğulayıb.