Avarçəkənimiz Avropa çempionu oldu – Video


Azərbaycan avarçəkəni Diana Dımçenko Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və “beach sprint” üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından məlumat verilib.
Məlumata görə, milli komandanın lideri bir nəfərlik qayıqda təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak etmək hüququ əldə edib.
Finalda 5-ci sırada mübarizə aparan idmançı İrlandiyadan olan Dukarska Monikanı və finlandiyalı Karpinen Eavanı geridə qoyaraq, fəxri kürsünün birinci pilləsinə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top