ABŞ “Kaspersky Laboratoriyası” rəhbərliyinə sanksiyalar tətbiq etdi


ABŞ Maliyyə Nazirliyi Rusiyanın antivirus proqram təminatı istehsalçısı olan “Kaspersky Laboratoriyası” şirkətinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
““Kaspersky Laboratoriyası” rəhbərliyinə qarşı bugünkü tədbir bizim kiberməkanımızın bütövlüyünü təmin etmək və vətəndaşlarımızı zərərli kibertəhlükələrdən qorumaq öhdəliyimizi vurğulayır”, - məlumatda deyilir.
Ümumilikdə 12 nəfər sanksiya siyahısına salınıb. Onların arasında “Kaspersky Laboratoriyası”nın direktorlar şurasının üzvləri Andrey Tixonov, Daniil Borşçev, Andrey Yefremov və İqor Çekunov, həmçinin şirkətin vitse-prezidenti Andrey Duxvalov, biznes bölməsinin rəhbəri Andrey Suvorov, korporasiyanın rabitə şöbəsinin rəhbəri Denis Zenkin və insan resursları direktoru Marina Alekseeva var.
Onlardan əlavə, məhdudiyyətlər icraçı vitse-prezidentlər Mixail Gerber və Kirill Astraxan, texniki direktor Anton İvanov və idarəedici direktor Anna Kulaşovaya da şamil edilib.
“Reuters” qeyd edir ki, şirkətin özü və onun təsisçisi Yevgeni Kasperski sanksiyalara məruz qalmayıb.

DİGƏR XƏBƏRLƏR

Top