
İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinin qərbindəki əl-Mavasi humanitar zonasını atəşə tutması nəticəsində azı 25 nəfər ölüb, 50 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi teleqram kanalda məlumat yayıb.
“25 ölü və 50 yaralı var. İşğal qüvvələri (İsrail qüvvələri – red.) əl-Məvasidəki köçkünlərin çadır düşərgəsinə hücum edib”, - məlumatda deyilir.
Qeyd edək ki, iyunun 8-də Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarının rəhbərliyi altında yerli əhaliyə kömək etmək üçün əl-Məvasi humanitar zonasında səhra xəstəxanası yerləşdirilib.