
Manisanın Yağbasan rayonu yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Yeniavaz.com TRT-yə istinadən xəbər verir ki, bölgəyə İzmir Meşə Region Müdirliyinə bağlı 4 təyyarə, 3 helikopter, 10 su maşını, 2 su təchizatı maşını göndərilib.
Bildirilir ki, küləyin təsiriylə yanğın sürətlə yayılaraq kənd Yağbasan və Karasavcı məhəllələrinə doğru istiqamət alıb. 65 təsərrüfatda 200 nəfərin yaşadığı Karasavcı və 80 təsərrüfatda 230 nəfərin yaşadığı Yağbasan məhəlləsinin sakinləri ehtiyat tədbiri olaraq təxliyə edilib.
2 meşə işçisi xəsarət alıb. Onlar yanğın yerində ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdiriliblər.
Tətbiqimizi yükləyə bilərsiniz