
Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Qarabağ separatçılarının sonuncu “lideri” Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, İstintaq Komitəsinin nümayəndəsi jurnalistlərə avtomobilin cinayət işi çərçivəsində müsadirə edildiyini bildirib.
Ancaq ibtidai istintaq sirri olduğu üçün o, məsələ ilə bağlı təfərrüatları açıqlamayıb.
Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları qondarma rejimin İrəvandakı “nümayəndəliyinin” qapısını sındıraraq, içəri daxil olublar. Daha sonra onlar oradan Şahramanyanın avtomobilini götürüblər.
Digər tərəfdən, “Hraparak” nəşrinin məlumatına görə, Samvel Şahramanyan dindirilməyə dəvət olunub.
Tətbiqimizi yükləyə bilərsiniz