Ermənistan səfiri İsrail XİN-ə çağırıldı


İsrail Xarici İşlər Nazirliyi İrəvanın Fələstin dövlətini tanımaq qərarı ilə bağlı Ermənistan səfirini çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd olunur ki, İsrail Xarici İşlər Nazirliyi Ermənistan səfirinə “şiddətli töhmət” vermək qərarına gəlib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Fələstinin müstəqilliyini tanıyan bəyanat yayıb .
Qeyd edək ki, Ermənistanın İsraildəki səfiri postunu Arman Akopyan tutur.

DİGƏR XƏBƏRLƏR

Top