Mbappe Niderlanda qarşı meydana çıxmaya bilər


Fransa millisinin hücumçusu Kilian Mbappenin bu gün Niderlandla oyunda meydana çıxıb-çıxmayacağı məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RMC Sport” telekanalı məlumat yayıb.
Məlumata görə, futbolçu Niderlanda qarşı oyuna ehtiyat oyunçular skamyasında başlayacaq.
Belə ki, Mbappe Niderlanda qarşı oyuna xüsusi maskada hazırlaşıb. Ancaq burnunun sınması fransalıya normal məşq etməyə mane olub. Buna görə də, onun bugünkü matça ehtiyatda başlaması barədə qərar qəbul edilib.
Qeyd edək ki, 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Mbappe burnundan zədə alıb və oyunu başa vura bilməyib.
Xatırladaq ki, Niderland - Fransa oyunu Bakı vaxt ilə saat 23:00-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR

Top