Ermənistan Fələstini tanıdı


“Ermənistan beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, Fələstin Dövlətini tanıyır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
“Ermənistan Respublikası Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasına, İsrail və Fələstin xalqları arasında davamlı barışıq yaradılmasına səmimi maraq göstərir.. Müxtəlif beynəlxalq platformalarda biz həmişə Fələstin məsələsinin sülh yolu ilə və hərtərəfli həllinin tərəfdarı olmuşuq və İsrail-Fələstin münaqişəsinin həllinin iki dövlət prinsipini dəstəkləmişik. Biz əminik ki, bu, israillilərin və fələstinlilərin öz qanuni istəklərini həyata keçirə bilməsini təmin etməyin yeganə yoludur. Yuxarıda göstərilənlərə əsaslanaraq və beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini təsdiq edərək, Ermənistan Respublikası Fələstin Dövlətini tanıyır”, - bəyanatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top