Messi daha bir rekorda imza atdı


Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunda 35-ci matçına çıxıb və bu göstəriciyə görə turnirin ən çox oyun keçirən futbolçusu olub.
Yeniavaz.com
xəbər verir ki, bununla da argentinalı hücumçu çilili qapıçı Serxio Livinqstonu (34 matç) geridə qoyub.
Messi həm də 7 Amerika Kubokunda iştirak edən ilk argentinalı futbolçu olub.
Qeyd edək ki, Argentina millisi Amerika Kubokunun açılış matçında Kanada millisini (2:0) məğlub edib. Oyun Atlanta şəhərində (Corciya ştatı, ABŞ) baş tutub. Qolları Xulian Alvareş (49-cu dəqiqə) və Lautaro Martines (88-ci dəqiqə) vurub. Lionel Messi isə oyunda bir məhsuldar ötürmə edib.
Xatırladaq ki, A qrupunda Argentina, Kanada, Peru və Çili milliləri mübarizə aparır. Növbəti oyunda argentinalılar çilililərlə, kanadalılar isə perulularla qarşılaşacaq. Oyunlar iyunun 26-da baş tutacaq.
Amerika Kubokunda 4 qrup üzrə 16 komanda iştirak edir. Hər qrupdan iki ən yaxşı komanda pley-offa yüksəlir.
Turnirin son qalibi Argentina millisidir. Argentina millisi həm də bu yarışın 15 qat qalibidir.

DİGƏR XƏBƏRLƏR

Top