İsrail Qəzza zolağında daha iki hərbçisini itirdi


İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı iki hərbçisinin öldüyünü təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, IDF-nin Üçüncü “Aleksandroni” Briqadasının çavuşları 25 yaşlı Omer Smadqa və 27 yaşlı Saadia Yaakov Deri Qəzza zolağının mərkəzi hissəsində gedən döyüşdə həlak olub.
Ordunun mətbuat xidmətinin məlumatına görə, eyni döyüşdə daha üç IDF hərbçisi ağır yaralanıb.
“Onlar tibbi yardım üçün xəstəxanaya təxliyyə olunub və ailələri məlumatlandırılıb”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top