Tacikistanda hicab taxmaq qadağan edildi


Tacikistan Prezidenti Emoməli Rəhmon hicab taxmağı qadağan edən qanunu imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Asia-Plus” məlumat yayıb.
Qeyd olunur ki, qanunun məqsədi tacik cəmiyyətində xurafat və fanatizmin qarşısını almaqdır.
Hicab qadağasına əməl etməməyə görə cərimə nəzərdə tutulub.
Xatırladaq ki, iyunun 20-də Tacikistan parlamentinin yuxarı palatası “Ənənələrin və ritualların nizama salınması haqqında” qanuna düzəlişlər qəbul edib. İndi ölkədə “milli mədəniyyətə yad olan geyimlərin idxalı, satışı və ictimai yerlərdə geyinilməsi” qadağandır. Qeyd olunur ki, bu cür aksiyalar milli dəyərlərin qorunmasına və ekstremizmin qarşısının alınmasına yönəlib.

DİGƏR XƏBƏRLƏR

Top