Mingəçevirdə külək fəsadlar törədib – Xəsarət alanlar var


Mingəçevirdə qəfil başlayan güclü külək ağacları maşınların və insanların üzərinə aşırıb.
Yeniavaz.com
xəbər verir ki, şəhər ərazisində 3 belə hadisə qeydə alınıb.
Şəhərin Aydın Məmmədov küçəsində ağac minik avtomobilinin, həmçinin kiçik tutumlu yük maşınının üzərinə aşıb.
Güclü külək zamanı müxtəlif bədən xəsarətləri alanlar var. Onlar xəstəxanaya çatdırılıblar.
Sənaye Parkının yaxınlığında isə küləyin təsiri ilə qırılan ağac piyada qadına xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top