Donald Sazerlend vəfat etdi


“Don't Look Now”, “Field Hospital” və “Klute” filmləri ilə tanınan kanadalı aktyor Donald Sazerlend vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun oğlu Kifer sosial şəbəkə hesabında məlumat yayıb.
“Ürək ağrısı ilə bildirirəm ki, atam Donald Sazerlend vəfat edib”, - Kifer Sazerlend bildirib.
O, ölüm səbəbini açıqlamayıb, ancaq atasını kino tarixinin ən önəmli aktyorlarından biri hesab etdiyini vurğulayıb.
Qeyd edək ki, Sazerlend 17 iyul 1935-ci ildə Kanadanın Sent Con şəhərində anadan olub. 1960-cı illərin ortalarında filmlərdə və televiziyalarda görünməyə başlayıb. 1970-ci illərdə aktyorun “Qızıl Qlobus” nominasiyasını aldığı “Hərbi səhra hospital” filmi ilə şöhrət qazanıb.
Sazerlend karyerası ərzində 150-dən çox əsərdə, o cümlədən “Ən yaxşı təklif”, “Heyvan təsərrüfatı”, “Qürur və qərəz”, “Adi insanlar”, “Aclıq oyunları” və s. çəkilib.
Sazerlend həmçinin “Müharibəyə gedən yol” filminə görə “Qızıl Qlobus”, “Emmi” və “Vətəndaş X” miniseriyasındakı roluna görə “Qızıl Qlobus” alıb.

DİGƏR XƏBƏRLƏR

Top