Ölkənin qərb rayonlarında güclü külək əsir – Faktiki hava


Saat 20:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin qərb rayonlarında hazırda güclü külək əsir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Tovuz, Tərtər, Bərdə, Yevlax, Şəki, Daşkəsən, Göygöldə küləyin sürəti 21 m/s-dir. Narıncı xəbərdarlığa uyğun olaraq Mingəçevir, Gəncə, Goranboy, Naftalan, Şəmkirdə isə küləyin sürəti 26-30 m/s təşkil edir.
 

DİGƏR XƏBƏRLƏR

Top