“Mark Rutte NATO-nun yeni baş katibi olacaq” – “Politico”


“NATO-nun 32 ölkəsinin hamısı Hollandiyanın baş naziri Mark Ruttenin NATO baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Ruttenin dəstəyini almalı olan sonuncu ölkələr Slovakiya və Macarıstan olub. Çərşənbə axşamı, iyunun 18-də onlar Rutterin namizədliyini təsdiq edib.
Nəşr bildirir ki, Macarıstanın Baş naziri Viktor Orban bir neçə aydır ki, Ruttenin namizədliyini dəstəkləməyə razı olmayıb. Nəticədə Niderlandın Baş naziri söz verib ki, Budapeşt NATO-nun Ukraynaya dəstək fəaliyyətlərində iştirakdan imtina edə biləcək. Daha sonra Orban özü NATO-nun hazırkı Baş katibi Yens Stoltenberqlə bağlanmış razılaşmanı təsdiqləyib və Ruttenin bunu davam etdirəcəyinə ümid etdiyini bildirib.
“Politico”nun məlumatına görə, Rutte NATO-nun öz imkanlarını artırana qədər ölkənin hava məkanının qorunmasında yardım edəcəyi vədi müqabilində Slovakiyanın dəstəyini təmin edib.
Alyansın baş katibi postuna Ruttedən başqa yeganə iddiaçı Rumıniya Prezidenti Klaus İohannis olub. Cümə axşamı, iyunun 20-də o, namizədliyini geri götürdüyünü elan edib.
Rutte NATO-nun baş katibi postunu oktyabrın 1-də tərk edəcək Yens Stoltenberqi əvəz edəcək.

DİGƏR XƏBƏRLƏR

Top