Arpa və buğda biçini davam edir – Məhsuldarlıq necədir?


Bugünədək ölkə üzrə 303 min 549 hektar sahədə taxıl biçini aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilir ki, iyunun 20-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 30%-də biçin prosesi başa çatıb. Sahələrdən ümumilikdə 920 min 344 ton məhsul yığılıb.
Ölkə üzrə arpa əkini sahələrinin 58,7%-də, buğda əkini sahələrinin isə 9,2%-də biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,6 sentner, buğda üzrə orta məhsuldarlıq isə 33,7 sentner təşkil edir.
Müqayisə üçün bildirək ki, ötən ilin iyun ayının 25-nə olan məlumatda orta məhsuldarlığın arpa üzrə 30,4 sentner, buğda üzrə 34,9 sentner olduğu qeyd olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top