Yeni Kaledoniyanın müstəqillik liderinin saxlanıldığı bildirilir


Fransa polisi çərşənbə günü Yeni Kaledoniya müstəqillik hərəkatının lideri Kristian Teyni saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP agentliyi yerli prokurorlara istinadla məlumat yayıb.
Məlumata görə, Yeni Kaledoniyanın Sakit okean adalarında daha 7 nəfər saxlanılıb. Onların hamısı ötən ayın ortalarından Fransanın yurisdiksiyasında olan bu adalarda iğtişaşlar törətməkdə ittiham olunurlar.
Yeni Kaledoniyanın paytaxtı Numea şəhərinin baş prokuroru İv Dupas hərəkatın lideri Kristian Teynin mütəşəkkil cinayətkarlığa görə saxlanılan yeganə məhbus olduğunu və bu maddə ilə saxlanılan məhbusların 96 saata qədər saxlanıldığını qeyd edib. Prokurorun sözlərinə görə, hərəkatın ofislərində axtarışlar aparılıb.
AFP jurnalistinin dediyinə görə, çərşənbə günü polis “Kaledoniya Müstəqillik İttifaqı” Partiyasının Numeadakı qərargahını mühasirəyə alıb.
Polis küçə barrikadasını söküb, həmçinin binada axtarış aparıb. Polis məhbusların saxlandığı Numeadakı polis qərargahının ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb.
Qeyd edək ki, Yeni Kaledoniyada iğtişaşlar mayın 13-də Makron hökumətinin Fransa Konstitusiyasına dəyişiklik etmək və Yeni Kaledoniyada seçki siyahılarını dəyişmək cəhdlərinə cavab olaraq baş verib. Mayın 15-də Fransa Sakit okean ərazisində fövqəladə vəziyyət elan edib və silah səsləri, toqquşmalar və talanlarla müşayiət olunan üsyanı yatırmaq üçün yüzlərlə əlavə hərbçi göndərib.

DİGƏR XƏBƏRLƏR

Top