Aİ səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketini razılaşdırdılar


Aİ səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Belçikanın Aİ Şurasındakı sədrliyi məlumat yayıb.
“Aİ səfirləri 14-cü sanksiya paketi üzərində razılığa gəliblər”, - məlumatda qeyd edilib.
Bununla belə, yeni sanksiyaların detalları barədə məlumat verilməyib.
Sadəcə olaraq, bu sanksiyaların effektivliyini artırmaq üçün əvvəlki sanksiyalarla müqayisədə həm məqsədyönlü məhdudiyyətlərin həyata keçirilməsi, həm də boşluqların aradan qaldırılması nəzərdə tutulub.
İndi bu sanksiya paketi bütün Aİ ölkələrinin nazirləri tərəfindən təsdiqlənəcək, bundan sonra o, dərc olunaraq qüvvəyə minəcək.
Avropa Komissiyası (AK) yeni sanksiyalar paketinin Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı iyunun 25-nə planlaşdırılan danışıqlardan əvvəl qüvvəyə minməsinə çalışacaq.
Qeyd edək ki, bundan əvvəl Brüsselin “EUobserver” portalı sənəd layihəsinə istinadən bu paketin əsas müddəalarını dərc etmiş, Aİ-nin xüsusilə maye qazın tədarük olunmasına və Rusiyadan helium idxal edilməsinə məhdudiyyətlər tətbiq etmək niyyətində olduğunu bəyan etmişdi. Layihəyə əsasən, paket neft tankerləri donanmasına qarşı sanksiya tətbiq etməyi və ikili istifadə texnologiyalarına girişi məhdudlaşdırmağı ehtiva edir. Aİ həmçinin 20-dən çox fiziki şəxsi və 22 hüquqi şəxsi qara siyahıya salmaq niyyətindədir. Fiziki şəxslərə qoyulan məhdudiyyətlər Aİ-yə girişin qadağan edilməsini, eləcə də ittifaqın yurisdiksiyasında olan aktivlərinin dondurulmasını əhatə edəcək.

DİGƏR XƏBƏRLƏR

Top