Rusiya Qafanda baş konsulluq açacaq


Moskva yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində Rusiyanın baş konsulluğunun açılmasını plamlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bunu TASS-a müsahibəsində dövlət katibi - Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib.
“Ermənistanda baş konsulluğun açılması ilə bağlı göstəriş verilib. Hazırda bu istiqamətdə işləyirik”, - nazir müavini qeyd edib.
Ermənistanda baş konsulluğun açılmasının təxmini müddətinə dair suala cavab olaraq diplomat bunun yaxın gələcəkdə gözlənildiyini bildirib.
“Biz bunu ilin sonuna qədər gözləyirik”, - deyə nazir müavini əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top