Ərdoğan Putinlə ŞƏT sammiti çərçivəsində danışıqlar apara bilər – KİV


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin “Habertürk” telekanalı məlumat yayıb.
Kanal qeyd edir ki, bu görüşün gündəliyinə Ukraynadakı münaqişə, taxıl tədarükü kontekstində Qara dənizdəki vəziyyət, Akkuyu AES-də işlərin gedişi, qaz ticarəti mərkəzinin yaradılması perspektivləri, Suriyanın şimalındakı kürd bölgələrində seçkilər kimi məsələlər daxil ola bilər.
Qeyd edək ki, iyunun 11-də Putin iyulda Astanada keçiriləcək sammit çərçivəsində Ərdoğanla görüşəcəyini gözlədiyini bildirmiş, iyunun 12-də isə Türkiyə prezident administrasiyası sammit zamanı Ərdoğanın Putinlə görüşünə hazırlıq getdiyini xəbər vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top