
İsrail təhlükəsizlik qüvvələri Fələstin Qanunvericilik Şurasının (Fələstin Dövlətinin ali qanunverici orqanı) sədri Əbdül Əziz əl-Dveyki yenidən saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı məlumat yayıb.
Bildirilir ki, spiker İordan çayının qərb sahilindəki Hebron şəhərindəki evindən aparılıb. Telekanalın verdiyi məlumata görə, yenidən saxlanılma əl-Dveykin İsrail hakimiyyəti tərəfindən azad edilməsindən bir neçə gün sonra baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz