Ermənistan yenə KTMT-nin iclasında iştirak etməyəcək – Rusiyadan reaksiya


“Rusiya ümid edir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından səmərəliliyini başa düşəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İrəvanın iyunun 21-də Almatıda keçiriləcək təşkilatın Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməmək qərarını şərh edərkən “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.
“Biz ümid edirik ki, erməni tərəfdaşlarımız nəhayət başa düşəcəklər ki, regional təhlükəsizliyin təmin edilməsində ən effektiv üsul regional dövlətlər arasında əməkdaşlıqdır və KTMT platforması bunun üçün hər cür imkan yaradır”, - deyə o qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin KTMT-nin XİN rəhbərlərinin görüşündə iştirak etməyəcəyi bəyan etmişdi. İyunun 12-də isə Paşinyan Ermənistanın KTMT-dən çıxmaq planlarını açıqlamışdı. Eyni zamanda, o, respublikanın hakimiyyət orqanlarının bu qərarın vaxtı ilə bağlı qərar verəcəklərini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top