Kim Çen In Putinə nadir it hədiyyə edib


Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə iki nadir cins Pxunsan ov iti hədiyyə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
“Yoldaş Kim Çen In fəxri qonaqlar üçün nəzərdə tutulmuş Kımsusan iqamətgahının bağçasında Prezident Putinə ölkəmizin milli it cinsi olan bir cüt Pxunsan ov iti hədiyyə etdi”, - deyə məlumatda bildirilib.
Pxunsan KXDR-dən kənarda olduqca nadir və demək olar ki, naməlum it cinsidir.
Digər tərəfdən, Kim Çen In Putini KXDR-in ən yüksək dövlət mükafatı - Kim İr Sen ordeni ilə təltif edib. Mükafatlandırma mərasimi iyunun 19-da Pxenyanda baş tutub. Ordeni Rusiya liderinə Kim Çen In şəxsən təqdim edib. O, bu mükafatın Rusiya ilə Şimali Koreya arasında münasibətlərin inkişafında xüsusi xidmətlərinə görə Rusiya liderinə sərhədsiz hörmət və etimadın ifadəsi olduğunu bildirib.
Xalq Cümhuriyyətinin banisi Kim İr Sen ordeni 1972-ci ildə təsis edilib. Orden Kim İr Senin təsviri olan beşguşəli ulduzdan ibarətdir.
Qeyd edək ki, Putin iyunun 18-19-da KXDR paytaxtında dövlət səfərində olub. Kim Çen In isə ötən ilin sentyabrında Rusiyaya səfər edib.
Xatırladaq ki, Putinin KXDR-ə dövlət səfəri zamanı iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top