Təmsilçilərimizin Konfrans Liqasındakı rəqibləri bəlli oldu


Azərbaycan təmsilçilərinin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, “Sabah” bu mərhələdə İsrail təmsilçisi “Makkabi” (Hayfa) ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk görüşünə səfərdə çıxacaq.
II təsnifat mərhələsindəki digər təmsilçimiz “Sumqayıt” isə Macarıstanın “Fehervar” komandası ilə üz-üzə gələcək.
“Sumqayıt” ilk oyununu doğma meydanında keçirəcək.
Qeyd edək ki, bu təsnifat mərhələsində oyunlar iyulun 25-də və avqustun 1-də baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top