“Fransa Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir” – Zaxarova


“Fransa Cənubi Qafqazda növbəti eskalasiya raundunu təhrik edir, Ermənistana “Sezar” haubitsalarının tədarükü ilə bağlı müqavilə bunu təsdiqləyir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
“Fransa Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir. Paris ölkələr daxilində və ya ölkələr arasında mövcud fikir ayrılıqlarından, ziddiyyətlərdən yalnız öz fürsətçi məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə etməyə çalışır”, - Zaxarova bidirib.
Qeyd edək ki, Fransa və Ermənistan iyunun 17-də iki ölkənin müdafiə nazirlərinin görüşü zamanı İrəvanın “Sezar” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalayıblar.

DİGƏR XƏBƏRLƏR

Top