
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli oldu.
Yeniavaz.com xəbər verir ki, təmsilçimiz bu mərhələdə “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq və ilk görüş səfərdə baş tutacaq.
Türkiyənin “Fənərbağça” klubu da Çempionlar Liqasındakı mübarizəsinə II təsnifat mərhələsindən başlayacaq. İstanbul təmsilçisinin isə bu mərhələdəki rəqibi İsveçrənin “Lugano” komandası olub.
“Sarı-lacivərtlilər” də birinci oyuna səfərdə çıxacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyunlar iyulun 23-24-də, cavab qarşılaşmaları isə 30-31-də olacaq.