Macarıstan Xristian Demokratları AP-dəki ən böyük fraksiyadan çıxırlar


Macarıstanın Xristian Demokratik Xalq Partiyası (CDPP) Avropa Parlamentindəki ən böyük fraksiyanı - Avropa Xalq Partiyasını (EPP) Ukraynada sülhə nail olmaq istəməməkdə ittiham edərək, onu tərk edib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə partiyanın bəyanatında deyilir.
Fides-Macar Vətəndaş Birliyi partiyası ilə hakim koalisiyaya daxil olan Xristian Demokrat Partiyası da Macarıstan müxalifətinin nümayəndələri ilə birlikdə AP-də qala bilməyəcəklərini bəyan ediblər.
“EPP artıq onun qurucuları olan Xristian Demokratların yaratdığı partiya deyil, bu da onun məqsədlərindən yayınmasına səbəb olub”, - CDPP -nin bəyanatında deyilir.
Qeyd olunur ki, EPP-nin hərbi doktrinası bir vaxtlar Avropa İttifaqının özünün yaratdığı sülh istəyinə ziddir.

DİGƏR XƏBƏRLƏR

Top