Arda Ronaldonun rekordunu keçdi – Tarixə düşdü


Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb.
Yeniavaz.com
xəbər verir ki, o, Avropa Çempionatındakı debütündə qol vuran ən gənc futbolçu olub.
Arda Gülər bununla da Kriştianu Ronaldonunu rekordunu geridə qoyub.
Belə ki, Ronaldo 2004-cü ildə Yunanıstanla oyunda qol vurarkən 19 yaş 128 günlüyündə olub. Arda isə 19 yaş 114 günlüyündə fərqlənməklə Ronaldonun bu rekordunu geridə qoyub.
Gülər, macar Ferents Bene və Kriştianu Ronaldodan sonra AÇ-də debüt edən üçüncü yeniyetmə (20 yaşa qədər) olub.
“Real Madrid”in futbolçusu Avro-2024-ün qrup mərhələsində Gürcüstan yığması ilə matçın 65-ci dəqiqəsində fərqlənib.

DİGƏR XƏBƏRLƏR

Top