
Portuqaliya millisinin veteranı Kriştianu Ronaldo Avro-2024-ün qrup mərhələsinin ilk turunda iştirak edərək, Avropa çempionatının rekorduna imza atıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 39 yaşlı Ronaldo tarixdə 6 Avropa Çempionatında oynayan ilk futbolçu olub.
Portuqaliya millisi qrup mərhələsinin ilk turunda Çexiya millisi ilə qarşılaşıb.
Oyun Portuqaliyanın Çexiya üzərində 2:1 hesablı qələbəsi ilə baça çatıb. Ronaldo bütün oyunu meydanda olub.
Qeyd edək ki, Ronaldo 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə (2021-ci ildə baş tutub) keçirilən Avropa çempionatlarında millinin heyətində yer alıb.
Ümumilikdə hücumçu 26 matça çıxıb. O, bu oyunlarda 14 qola, 9 məhsuldar ötürməyə imza atıb.
Xatırladaq ki, Ronaldo həmçinin, Avropa çempionatları tarixində ən çox qol vuran futbolçudur.