
ABŞ-nin dövlət borcu 2034-cü ildə 50 trilyon dolları keçəcək ki, bu da ölkənin ÜDM-nin 122%-dən çoxunu təşkil edir.
Yeniavaz.com xəbər verir ki, bu proqnozu ABŞ Konqresinin Büdcə Ofisi təqdim edib.
Sənəddə qeyd edildiyi kimi, cari proqnozlara görə, 2034-cü ilin sonunda dövlət borcu 50,7 trilyon dollar təşkil edəcək.
Fevral ayında isə ekspertlər 2034-cü ilə qədər ABŞ-nin dövlət borcunun 48,3 trilyon dollar təşkil edəcəyini və bunun ölkənin ÜDM-nin 116%-ni təşkil edəcəyini proqnozlaşdırmışdı.
ABŞ Konqresinin proqnozuna görə, 2029-2034-cü illərdə ABŞ-də ÜDM-nin orta illik artımı 1,8% olacaq.
Qeyd edək ki, yanvarın əvvəlində ABŞ-nin dövlət borcu 34 trilyon dolları keçib. 2023-cü ildə isə o, 4 trilyon dollardan çox artıb.
3 iyun 2023-cü ildə ABŞ Prezidenti Co Bayden milli borc tavanını artırmaq üçün Konqres tərəfindən əvvəllər təsdiqlənmiş qanun layihəsini imzalayıb.
Tətbiqimizi yükləyə bilərsiniz