Fələstin-İsrail münaqişəsinin 2023-cü ilin oktyabrında qızışmağa başladığı vaxtdan bəri Qəzza zolağında BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ən azı 193 əməkdaşı həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə agentlik “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Müharibə başlayandan bəri UNRWA-nın 193 əməkdaşı öldürülüb. Bu, BMT tarixində ən yüksək ölüm sayıdır”, - agentlik bildirib.
Agentlik həmçinin həlak olanların bu qədər çox olmasının anklavı humanitar təşkilatların işləməsi üçün ən təhlükəli yerə çevirdiyini bildirib.