Fransa Afrikada hərbi kontingentini azaldır – AFP


Fransa Mərkəzi və Qərbi Afrikadakı hərbi kontingentini 600 nəfərə qədər azaltmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Fransa hakimiyyəti Qabonda 100-ə yaxın (hazırda ölkədə 350 hərbçi var), Seneqalda 100 (hazırda ölkədə 350 hərbçi var), Kot-d'İvuarda 100 (hazırda ölkədə 600 hərbçi var) və Çadda 300-ə yaxın (hazırda ölkədə 1000 hərbçi var) hərbçi azaltmaq niyyətindədir.
Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı bu məlumatı şərh etməkdən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top