
NATO nüvə başlıqlarının sayını artırmır, lakin daşıyıcı təyyarələrini modernləşdirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra jurnalistlərə bildirib.
“Nüvə döyüş başlıqlarının sayını artırmaq planları yoxdur, biz köhnəlmiş təyyarələri (F-16) yeni beşinci nəsil təyyarələrlə (F-35) əvəz etməklə daşıyıcı təyyarələri modernləşdiririk”, - Stoltenberq qeyd edib.
“NATO onilliklərdir ki, nüvə silahlarının qarşısının alınması komponentinə malikdir, burada yeni bir şey yoxdur. Buna görə də, bizim onu modernləşdirməyimizdə də yeni bir şey yoxdur”, - baş katib bildirib.
Qeyd edək ki, Stoltenberq bundan əvvəl Britaniya mətbuatına verdiyi müsahibədə NATO-nun nüvə imkanlarını modernləşdirdiyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz