
Paytaxtın Nərimanov rayonunda hotelin qarşısında mikroavtobusda yanğın olub, yolda sıxlıq yaranıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Məlumata görə, Heydər Əliyev prospekti, “Excelsior” hotelin qarşısında mirkoavtobusda yanğın baş verib. Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.



