Ağ Ev Ukraynanın NATO-ya üzv olmasının şərtini açıqladı


Ukrayna Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ola bilmək üçün Rusiya ilə münaqişədə qalib gəlməlidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ukraynanın NATO-ya qoşulması perspektivlərini şərh edərkən bildirib.
Kirbi həmçinin ABŞ Prezidenti Co Baydenin hələ də Ukraynanın gələcəkdə NATO-ya üzv qəbul edilməli olduğuna inandığını qeyd edib.
O, həmçinin bildirib ki, NATO-nun genişləndirilməsi qərarını onun bütün üzvləri verir.
“ABŞ bunu sehrli şəkildə həyata keçirə bilməz”, - deyə Kirbi əlavə edib.
Qeyd edək ki, 2021-ci ilin iyununda Brüsseldə keçirilən NATO sammitinin iştirakçıları yekun kommünikedə Ukrayna və Gürcüstanın gələcəkdə alyansa üzv ola biləcəyini bəyan ediblər.

DİGƏR XƏBƏRLƏR

Top