Bu gün Türkiyə millisi AVRO-2024-də mübarizəyə başlayır


Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün Türkiyə millisi mübarizəyə başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, F qrupunda Türkiyə millisi Gürcüstan yğması ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 20.00-da baş tutacaq. Oyun Almaniyanın Dortmund şəhərindəki “Siqnal İduna Park” stadionunda keçiriləcək. Oyunu baş hakim Fakundo Telyo (Argentina) idarə edəcək.
Digər tərəfdən F qrupunda Portuqaliya və Çexiya yığmaları da görüşəcək. Oyun Bakı vaxtə ilə saat 23:00-də baş tutacaq.
Almaniyanın Leyptsiq şəhərindəki “Red Bull Arena” stadionunda keçiriləcək oyunu baş hakim Marko Quida (İtaliya) idarə edəcək.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

DİGƏR XƏBƏRLƏR

Top