
Rusiya Prezidenti Vladimir Putin müdafiə nazirinin müavinini vəzifədən azad edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının dərc olunmuş sərəncamında bildirilir.
“Ordu generalı Pavel Anatolyeviç Popov Rusiya Federasiyası Müdafiə Nazirinin müavini vəzifəsindən və hərbi xidmətdən azad edilsin”, - sərəncamda deyilir.
Müdafiə Nazirliyinin saytında verilən məlumata görə, Popov indiyədək RF Müdafiə Nazirliyinin İnformasiya İnkişafı Baş İdarəsi və RF Müdafiə Nazirliyinin İnformasiya Sistemləri Departamentinə rəhbərlik edib.
Tətbiqimizi yükləyə bilərsiniz