UEFA-dan Avro-2024-də Rusiya bayrağı ilə bağlı qadağa


Azarkeşlər Rusiya bayraqları ilə Ukraynanın futbol üzrə milli komandasının Avropa çempionatında keçirdiyi oyunlara gələ bilməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) məlumat yayıb.
Qeyd edək ki, hazırda Almaniyada keçirilən Avropa çempionatının digər oyunlarında tribunalarda Rusiya bayraqlarını görmək mümkün olub.
“Bildirmək istəyirik ki, təhlükəsizlik səbəbilə Rusiya bayraqları Ukrayna milli komandasının heç bir oyununa buraxılmayacaq”, - UEFA rəsmisi TASS-a bildirib.
Qeyd edək ki, hazırda Ukrayna millisi Rumıniya ilə oynayır. Onlar qrup mərhələsinin növbəti oyunlarında Slovakiya (21 iyun) və Belçika (26 iyun) komandaları ilə qarşılaşacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top