Çexiyada poliqonda partlayış: 9 hərbçi yaralanıb


Çexiyada hərbi poliqonda partlayış olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Lidovky.cz internet portalı Olomouts xəstəxanasının nümayəndəsi Adam Fritşerə istinadən məlumat yayıb.
Bildirilib ki, döyüş sursatının partlaması nəticəsində 9 hərbçi yaralanıb.
“Dörd yaralı bizim xəstəxanamıza gətirilib, daha dörd nəfər hərbi hospitala göndərilib, bir nəfəri isə yerindəcə tibbi yardım göstərilib”, - portal onun sözlərindən sitat gətirib.
Libau hərbi poliqonundakı partlayış barədə Çexiya ordusuda sosial şəbəkə vasitəsilə məlumat yayıb.
Qeyd olunur ki, sahəsi 235,5 kvadratmetkilometr olan Libau hərbi poliqonu Olomouts şəhəri yaxınlığında yerləşir və 1949-cu ildən ölkə ordusu tərəfindən istifadə olunur.

DİGƏR XƏBƏRLƏR

Top