Bakının iki rayonunda su kəsiləcək


Gecə saatlarından başlayaraq sabah gün ərzində Bakının iki rayonunda su kəsiləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin məlumatında bildirilir.
Qeyd olunur ki, yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədar iyunun 18-də gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Bununla  əlaqədar abonentlərdən üzr istəyirik”, - qurumun məlumatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top