Tarantinoya Nyu-Yorkda nahar edərkən hücum olub


Dünyaca məşhur rejissor Kventin Tarantino İsraillə əlaqələrinə görə hücuma məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Bildirilib ki, İsrail əleyhdarı fəallar şənbə günü, iyunun 15-də Nyu-York restoranlarından birində nahar edən rejissor Kventin Tarantinoya hücum ediblər.
Belə ki, fəallar Tarantinonun təkbaşına nahar etdiyi “Che Li” restoranın önündə onun ünvanına şüarlar səsləndirməyə, təhqir etməyə başlayıblar. Onlar daha sonra rejissorun avtomobilinin şüşələrini sındırmağa çalışıblar.
Qeyd edək ki, onlarla dünyaca məşhur filmin rejissoru və ssenari müəllifi olan 61 yaşlı K. Tarantino İsrailin məşhur pop musiqiçisi Svik Pikin qızı, israilli müğənni Daniella Piklə evlidir. O həyat yoldaşı və iki uşağı ilə Tel-Əvivdə yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top