Naxçıvanda 37 dərəcə isti var – Faktiki hava


Bu gün saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Şəkidə 1 mm-dək olub. İyunun 16-da şərq küləyi Culfada arabir 19 m/s-dək güclənib:
“Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub”.

DİGƏR XƏBƏRLƏR

Top