İngiltərə Serbiyanı belə uddu – Video


Avro-2024-ün qrup mərhələsinin ilk turunda İngiltərə yığması serblərlə mübarizə aparıb.
Yeniavaz.com
xəbər verir ki, Qaret Sautqeytin rəhbərlik etdiyi komanda Almaniyanın Gelzenkirxen şəhərində keçirilən görüşdə 1:0 hesabı ilə qalib gəlib.
“Real”ın 20 yaşlı yarımmüdafiəçisi Cud Bellinqhem 13-cü dəqiqədə hesabı açıb. Ötürməni isə London “Arsenal”ının yarımmüdafiəçisi Bukayo Saka edib. 
Qeyd edək ki, C qrupunun turnir cədvəlinə İngiltərə komandası başçılıq edir. Sloveniya və Danimarkanın isə hərəyə 1 xalı var.


Avro-2024-ün qrup mərhələsində bu gün – iyunun 17-də baş tutacaq oyunlar bunlardır:
Rumıniya - Ukrayna: 17:00
Belçika - Slovakiya: 20:00
Avstriya - Fransa: 23:00

DİGƏR XƏBƏRLƏR

Top